Sentyabrın 8-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri məsləhətləşmələr keçirəcək.
 
Modern.az saytı xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
O deyib ki, həmsədrlər Rusiya xarici işlər naziri ilə görüşəcək, münaqişənin həlli üzrə aktual məsələlər müzakirə ediləcək.
 
Məsləhətləşmələr zamanı Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriləcək.
 
.