Moskvada partlayış nəticəsində ölən üçüncü şəxsin kimliyi məlum olub.

O, partlayışı törədən şəxs olub.

O, polis əməkdaşlarının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salıb.

Təxminən saat 01:30-da iki DYP əməkdaşı xidməti avtomobilin yanında şübhəli bir kişini görüblər. Yoxlama aparmaq üçün ona yaxınlaşdıqları anda partlayıcı qurğu işə düşüb. Hər iki müfəttiş və cinayəti törədən şəxs hadisə yerində həyatını itirib.

***

Moskvanın Yeletskaya küçəsində baş verən partlayış nəticəsində daha bir nəfər ölüb.

Üçüncü həlak olan şəxsin cəsədi xidməti avtomobildən bir qədər aralıda tapılıb.

Ölənin partlayışı törədən şəxsin özü, yoxsa yoldan keçən başqa birinin olması ilə bağlı məlumatlar araşdırılır.

***

Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış baş verib.

Bu barədə Rusiya KİV məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, iki nəfər isə ağır yaralanaraq hadisə yerindən birbaşa xəstəxanaya çatdırılıb.

Məlumata əsasən, xidməti avtomobilin yanında əl istehsalı partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra avtomobilin üzərində və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb. Versiyalardan birinə görə, partlayıcı qurğunu naməlum şəxslər polis maşınına atıblar.

Ərazidə istintaq qrupu işləyir. Videomüşahidə kameralarının görüntüləri götürülür, şahidlərin ifadələri toplanır. Faktla bağlı cinayət işi başlanıb, hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və axtarışı aparılır.

.