İtaliyanın Baş naziri Ciorcia Meloninin Avropanın Rusiya ilə dialoqu bərpa etməsi barədə sözləri kiminlə və nə barədə danışıqlar aparılacağına dair suallar yaradır.
Bu barədə Rusiya Federal Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov öz teleqram kanalında bildirib.
"Birincisi, hansı danışıqlar olacaq? İkitərəfli, yoxsa Aİ (Avropa İttifaqı) adından? Bu sual ona görə yaranır ki, Aİ-də indiyədək danışıqların tərəfdarları yalnız Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso olub, lakin Avropa Komissiyası və sədri Ursula fon der Lyayen bunları hətta eşitmək də istəməyib. İkinci sual - nə barədə danışıqlar olacaq? Axı Aİ-nin çıxış etdiyi və Kiyevin bütün tələblərini dəstəkləməkdən ibarət olan platforma, çətin ki, məhsuldar danışıqlar üçün əsas ola bilər", - deyə o yazıb.
A.Puşkovun sözlərinə görə, Avropa liderləri bu suallara cavabları bilmirlər, lakin "Moskva ilə danışıqların əleyhdarları" koalisiyasının tədricən dağılması aşkardır.
.
