Moskvada “Hər evdə bayramın dadı” xeyriyyə aksiyası keçirilib.

Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən aksiya Novruz bayramına həsr olunub.

Aksiya çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çox uşaqlı ailələri, eləcə də aztəminatlı ailələri bayram münasibəti ilə təbrik ediblər. Onlara Azərbaycanın milli şirniyyatları və Novruz bayramının bütün milli atributlarından ibarət bayram hədiyyəsi bağlaması təqdim olunub.

Xeyriyyə aksiyası 20-21 mart tarixlərində keçirilib.


 

.