Rusiya paytaxtında güclü qasırğa nəticəsində iki nəfər həyatını itirib.
Bu günorta saatlarında paytaxtın şimal hissəsində bir nəfər kişi külək və leysan yağış zamanı aşan ağacın altında qalaraq ölüb.
Digər bədbəxt hadisə isə Moskvanın mərkəzində baş verib. Belə ki, daha bir paytaxtı sakini güclü qasırğa nəticəsində uçan inşaat taxtasının altında qalaraq həyanı itirib.
Qeyd edək ki, bu gün Moskva və ətraf ərazilərdə güclü külək və leysan yağışla müşaiyət olunan qasırğa baş verib. Moskva hakimiyyəti sakinlərə müraciət edərək küçələrə çıxmamağı tövsiyyə edib.
Sinoptiklərin bildirdiyinə görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.
.