Moskvada azərbaycanlı iş adamlarına məxsus "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.
Rusiya paytaxtının mərkəzində, Kiyev vağzalının yaxınlığında yerləşən Ticarət və Əyləncə Mərkəzi "bomba" qoyulması təhlükəsi ilə təxliyə edilib.
Qeyd edək ki, "Yevropeyski" Ticarət və Əyləncə Mərkəzi yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.
.