Rusiya paytaxtında avtomobil partladılıb.
Hadisə paytaxtın Profsoyuznaya küçəsində baş verib.
Avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Nəticədə biri altı yaşlı uşaq olmaqla 3 nəfər yaralanıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (iki və ya daha çox şəxsi öldürməyə cəhd) ilə cinayət işi açılıb.
Yaralılar Moskvanın tibb müəssisələrinə çatdırılıb və onlara ixtisaslı yardım göstərilir.
.