Cari ilin 16 iyun tarixində Moskva şəhərində taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki nəfər Azərbaycan Respublikasının vətəndaşı xəsarət almışdır, bu barədə Yenizaman.az -a səfirlikdən məlumat  verilib


İnsident haqqında məlumat Səfirliyə daxil olan kimi Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən soydaşlarımızın yerləşdiyi tibb müəssəsi ilə əlaqə saxlanılmışdır. Verilən məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılmışdırlar.
.