“Crocus City Holl”da törədilən terror aktında ölənlərin sayı xeyli arta bilər.

Bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

“Dərhal deməliyəm ki, qurbanların sayı xeyli artacaq, bu gün səhər saat 06:30-da xilasedicilər ən dəhşətli hadisələrin baş verdiyi zala daxil olublar, Mən indicə oradan qayıtmışam. Biz orada vəziyyətin son dərəcə çətin olduğunu görürük”, deyə qubernator terror aktı zamanı həlak olanların və yaralananların yaxınlarına yardım mərkəzində çıxışında bildirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin açıqladığı son məlumata görə, terror aktında həlak olanların sayı 93-ə çatıb.

.