Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində Şimali Qafqazdan olan qanunsuz silahlı birləşmə üzvləri ilə yerli təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar baş verib.
Sankt-Peterburqda çoxmərtəbəli binalardan birində keçirilən xüsusi əməliyyat zamanı 3 silahlı şəxs öldürülüb.
Bundan başqa, Moskvaya gedən əsas yollardan sayılan Şelkov şossesində post-patrul polisinin postuna silahlı hücum edilib. Silahlılar 1 polis əməkdaşını öldürüb, digərini isə yaralayıblar. Ərazidə aparılan xüsusi əməliyyat zamanı 2 silahlı şəxs öldürülüb.
Moskva və Leninqrad vilayətlərində gərgin situasiya davam edir.
Modern.az
