Monqolustanın cənub-şərqində sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində üçü uşaq olmaqla, 6 nəfər xəsarət alıb.
TASS xəbər verir ki, bu barədə bazar günü "Montsame" agentliyi məlumat yayıb.
Hadisə yerinə xilasetmə orqanlarının əməkdaşları cəlb olunub, qəzanın səbəbləri açıqlanmır.
"Sinhua"nın məlumatına görə, qatarda ümumilikdə 328 sərnişin olub.
.
