Məşhur kino ulduzu və model Monika Belluçinin qızı 16 yaşlı Deva Kassel “Elle” jurnalı üçün çəkilişlərdən yeni kadrlar paylaşıb.

Bu barədə “Spletnik” xəbər yayıb.

“İnanılmaz çəkilişlər üçün “Elle”yə bir daha təşəkkür edirəm. Həmçinin, işləmək xoşbəxtliyi nəsib olan insanlara da minnətdarlığımı bildirirəm”, - deyə gənc model paylaşımında yazıb.

Devanın fotoları “Instagram”da pərəstişkarlarını heyran edib. Onlar şərhlərdə qızının Monika Belluçinin uğur yolu ilə gedəcəyinə əminliklərini bildiriblər.

“Eyniylə anasıdır!”, “Monika Belluçi, 2.0 versiya”, ”Anan kimi möhtəşəm görünürsən”, “Planetimizin ən gözəl qızı”, - deyə istifadəçilər fotolara çoxsaylı təriflər yazıblar.

 

.