Dünyanın ən gözəl qadınlarından biri sayılan Monika Belluçi yeni film üçün obrazı ilə böyük maraq yaradıb.

Bu barədə “BAZAAR” xəbər yayıb.

Belə ki, o, “The Befana Comes At Night 2: The Origins” filmində cadugər rolunda oynayacaq.

Bununla bağlı ilk görüntülər artıq sosial mediaya sızıb. Kadrlarda aktrisa əsl cadugər kimi geyinib: şlyapa, uzun qara paltar və qara plaş. Uzun qara saçlarını isə aktrisa çal saçlarla əvəzləyib. Aktrisanın yeni aksesuarı süpürgədir.

Filmin çıxış tarixi hələ bəlli deyil, ancaq reliz ilin sonuna planlaşdırılıb.

 

.