Moldova Azərbaycana dron hücumunu pisləyib.

Bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi “X” hesabında qeyd edib.

“Moldova Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə edilən və 2 mülki şəxsin yaralanmasına səbəb olan hücumları güclü şəkildə qınayır. Moldova Azərbaycanla həmrəydir və onun suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayır”, - nazir bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

.