İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç A Seriyasının XXX turunda "Torino"ya qarşı keçirilən oyunda meydana çıxıb.

Bununla da 40 yaşlı futbolçu son 18 ildə Avropanın "Top-5" liqalarında 550-dən çox oyun keçirən ikinci oyunçu olub.

"Rossonerilər"in 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə xorvatiyalı yarımmüdafiəçi start heyətində yer alıb və qarşılaşmanı sonadək meydanda keçirib.

Modriç karyerası ərzində oyunlarının böyük hissəsini İspaniyada "Real"ın (394 oyun) heyətində keçirib. O həmçinin İngiltərədə "Tottenhem"də 127, "Milan"da 29 oyunda iştirak edib.

Qeyd edək ki, Avropanın "Top-5" liqalarında ən çox oyun keçirən futbolçu "Atletiko"nun hücumçusu Antuan Qrizmandır – onun hesabında 555 matç var.

.