Hindistanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Baş nazir Narendra Modi ilə görüşüb.

Yenizaman Rusiya mediasına istinadən xəbər verir ki, Putin Hindistan Baş nazirinə Ukraynadakı vəziyyət barədə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həlli üçün ABŞ-la birgə addımlar atılır.

Modi isə dünyada çox dəyişikliklərin yaşandığını vurğulayıb. O əlavə edib ki, sülhün tezliklə bərqərar olması istiqamətində bütün səyləri dəstəkləyirlər.

Eyni zamanda, Modi Putinlə danışıqlarda bildirib ki, Hindistan Ukrayna böhranı ilə bağlı “neytral deyil”, amma “sülhün tərəfindədir”.

.