Texnoloji baxımdan inkişaf etmiş ölkələrə səfər edənlərin bir çoxunun satın aldığı məhsullar arasında texniki avadanlıqlar, xüsusən də, mobil telefonlar üstünlük təşkil edir. Büdcəyə uyğun gələn telefonların bəzən orjinal, keyfiyyətli və standartlara uyğun olması narahatlıq doğurur. Lakin bunun da çarəsi var. Belə ki, digər ölkələrdən respublikamıza idxal olunan mobil cihazların qeydiyyatı elektron qaydada asan və rahat şəkildə aparılır. Bu elektron xidmətdən istifadə üçün "Elektron hökumət" portalına müraciət edə bilərsiniz. Bunun üçün portalda qeydiyyatdan keçməyə də ehtiyac yoxdur.
Bizimyol.info ICTnews-a istinadən bildirir ki, xidmətdən yararlanmaq istəyən hər bir vətəndaş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Elektron hökumət" portalında təqdim edilən e-xidmətləri arasından "Mobil cihazların qeydiyyatdan keçirilməsi" xidmətini seçməlidir.Yeri gəlmişkən qeyd edək ki, "Mobil cihazların qeydiyyatdan keçirilməsi" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanvar ayında ən çox istifadə edilən elektron xidməti olub. Sözügedən xidmətə "Elektron hökumət" portalı üzərindən bir ayda 48745 dəfə müraciət edilib.
Mobil cihazların qeydiyyatdan keçirilməsini aparan zaman sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, FİN (fərdi identifikasiya nömrəsi) kodu, təhlükəsizlik kodu və qeydiyyatdan keçirilməsi tələb olunan mobil cihazın IMEI kodunu tələb edir.Lakin portalda qeydiyyatlı olaraq xidmətdən istifadə zamanı sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodunu avtomatik olaraq təyin edir.
.
