Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olanlarla bağlı yeni siyahı açıqlayıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Müdafiə Nazirliyi: Vətən müharibəsində 64 nəfər itkin düşüb

Müdafiə Nazirliyi Vətən müharibəsində itkin düşmüş şəxslərin siyahısını açıqlayıb.

Nazirlik itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı təqdim edib.

Məlumatda bildirilir ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
 

.