Azərbaycan Ordusunun heyəti Türkiyənin İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimdə iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb. “EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək
.