Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.

Bu barədə Müdafiə Nazirliyi videoçarx yayımlayıb.

Görüntülərdən məlum olur ki, komandoların daimi təlim və məşğələləri keçirilir. Komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələrinin keçirilməsində məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.

Kadrlarda yer alan komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazana komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.

.