“Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb”.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov deyib.

A. Eyvazov qeyd edib ki, Ermənistan Bərdə, Tərtər və Goranboy rayonlarını raket və artilleriya atəşinə tutmaqla yeni cinayətlər törədib: “Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri məhv edir. Qələbə bizimlədir!”.

MN: Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.

Bu barədə  Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür: “Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir”.

.