“Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan–Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Bu birlik bütün ölkələrin, o cümlədən qardaş türk dövlətlərinin maraqlarına cavab verir”.

Bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaradıb: “Bir neçə gündən sonra – iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisəni, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik. Dövlət başçılarımızın güclü qətiyyəti və iradəsi sayəsində ən yüksək zirvəyə çatmış Azərbaycan–Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə möhürlənib. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyən edir. Bu gün Azərbaycan–Türkiyə əlaqələrində sadəcə bir reallıq var. Bu da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” reallığıdır. Heç şübhəsiz, Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı daim inkişaf edəcək və daha da möhkəmlənəcək”.

MM sədri: "Azərbaycan və Türkiyə ikili standartlara qarşı birgə mübarizə aparmağı bacarıb"

“Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən bu konqres çox önəmli tədbirdir”.

Bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr qeyd edib ki, bu konqresin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir: “Konqresin mühüm tərəfi də qardaş ölkələr arasında əlaqələrin inkişafına verəcəyi töhfədir. Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd etdik. Türkiyə Azərbaycanın müstəqilliyini birinci tanımaqla, öz qardaş dəstəyini ilk gündən göstərib. Azərbaycan Prezidentinin dəfələrlə təkrarladığı bir kəlam var: dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkə tapmaq mümkün deyil. Azərbaycan və Türkiyənin ortaq təşəbbüslərinin nəticəsi olan böyük beynəlxalq layihələr regionda sabitliyə töhfə verib. Məhz öz xalqlarının maraqlarına xidmət edən Azərbaycan və Türkiyə dəfələrlə ikili standartlarla üzləşib. Ayrı-ayrı dövrlərdə nələrin baş verdiyini biz yaxşı bilirik. Sevindirici hal odur ki, Azərbaycan və Türkiyə bu ikili standartlara qarşı birgə mübarizə aparmağı bacarıb”.

.