Milli Məclisdə “Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsini Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.

S. Novruzov bildirib ki, “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı  kəndi adlandırılması haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub: “Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq  ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

.