“Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir bildirib ki, Pasxa insanlara sülh və xeyirxahlıqla müraciət etməkdir:

“Peyvəndin Bakıya gətirilməsi Rusiyanın Azərbaycana münasibətində dostluq jestidir. Peyvənd Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində öz töhfəsini verəcək. “Sputnik V” vaksin özünü dünyada çox yaxşı göstərib və artıq dünyanın 64 ölkəsində qeydiyyatdan keçib. Rəqəmlər artıq sözünü deyir.

Rusiya pandemiyaya qarşı mübarizədə qardaş Azərbaycana kömək etmək üçün əlindən gələni edir. Əminəm ki, bugünkü aksiya ölkələrimiz arasında çox yaxın və mehriban xarakterli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

.