Bu səhər "Petkim"də Fətullahçılara qarşı xüsusi əməliyyat başlayıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Türkiyənən ən iri neft-qaz holdinqlərindən olan "Petkim”neft-kimya kompleksində Fətullah Gülən hərəkatı tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir.
Əməliyyat Milli İstihbarat Təşkilatının (MİT) xüsusi qrupu tərəfindən aparılır.
Əməliyyatda əsas məqsəd holdinqdə Fətullahçılarla əlaqədə olan qüvvələrin müəyyənləşdirilərək həbs olunmasıdır.
Qeyd edək ki, "Petkim” SOCAR-ın Türkiyədəki törəmə şirkətidir.
.
