Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.

Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb.


*** 18:09

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələriRavza məscidi yaxınlığında həm partlayıştörədildildiyini, həm də 4 avtomobildən cümə namazına gələnlərə atəş açıldığını bildiriblər.


*** 17:29

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 155-ə, yaralıların sayı isə 120 nəfərə çatıb.

"Report” xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.


*** 17:08

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 85 nəfərə, yaralıların sayı isə 80 nəfərə çatıb.

"Report” xəbər verir ki, məlumatı "Al-Arabiya" yayıb.

Misir dövlət televiziyası bildirib ki, terror nəticəsində ölənlərin xatirəsini yad etmək üçün ölkə ərazisində üçgünlük matəm elan olunub.


*** 15:41

Misirin Sinay yarımadasının şimalında terrorçuların məscidə hücumu nəticəsində azı 50 nəfər ölüb.

"Report” xarici KİV-lərə istinadən xəbər verir ki, hücum əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı törədilib.

Terrorçular məscidin içində özlərini partladıblar.

Məlumata görə, azı 70 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.

.