Misirdə 5.3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Zəlzələ yerli vaxtla 03:00-da 700 mindən çox əhalisi olan Port Səid şəhərindən 104 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ 10 kilometr dərinlikdə baş verib.
Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib.
Zəlzələdən təxminən 30 dəqiqə sonra “Reuters“ agentliyi Misir Qızıl Ayparasına istinadən itki və ya dağıntı barədə məlumat verilmədiyi haqda məlumat yayıb.
.
