Misir İsmailiyyə İqtisadi Məhkəməsi Süveyş kanalını altı gün bağlayan “Ever Given” konteyner gəmisinin müsadirə edilməsi barədə qərar verib. Bu, gəminin sahibi 900 milyon dollar (1,5 milyard manat) təzminat ödəyənə qədər davam edəcək.

Bu barədə “Shorouk” öz mənbələrinə istinadla bildirib.

Kompensasiyaya administrasiyanın “Ever Given”nin saydan çıxarması, gəminin təmiri, həmçinin bloklanma zamanı kanalın maliyyə itkiləri daxildir.

.