Misir Prezidenti Əbdülfəttah əs-Sisi sentyabrın 4-də Türkiyəyə səfər edəcək.

CNN TÜRK xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sisini Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

Qeyd edilib ki, iki lider Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.

Səfərin əsas gündəminin Qəzza olacağı gözlənilir, bununla belə, iki ölkə arasındakı münasibətlər də müzakirə olunacaq.

.