Şabranın keçmiş polis rəisi Əli Mərdanov "Azərişıq” ASC-də vəzifəyə təyin olunub.

APA xəbər verir ki, Ə.Mərdanov "Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub. 

Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır. 

.