
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası sentyabrın 15-də Ermənistana gələcək.
TASS xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
Missiyaya general-polkovnik Anatoli Sidorov başçılıq edəcək. Gələn həftə isə Ermənistana KTMT baş katibi Stanislav Zas səfər edəcək.