Ermənistan Avropa İttifaqının Cənubi Qafqazda infrastruktur layihələrində iştirakını müsbət qarşılayır.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, ölkəsinin Aİ ilə bir çox sahədə əməkdaşlığının genişləndirilməsi məqsədilə aparılan müzakirələr barədə danışıb və viza prosesinin sadələşdirilməsi ilə əlaqəli fikir mübadilələrinin davam etdiyini vurğulayıb.

.