Ötən il avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmadan sonra Cənubi Qafqazda sülh, rifah və regional əməkdaşlıq sahəsində yeni bir fəsil açılıb.
Yenizaman “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Cenevrədə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O qeyd edib ki, mövcud şərait Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsində, qarşılıqlı etimadın dərinləşdirilməsində və regional əməkdaşlığın təşviqində mühüm rol oynaya biləcək əlaqələr, ticarət və etimad quruculuğu tədbirlərini inkişaf etdirmək üçün real imkan yaradır.
.
