Koronavirusa yoluxan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.

Bu barədə M. Mirəlioğlu özü məlumat verib.

Partiya sədri bildirib ki, artıq Fonddan ona zəng edib maraqlanıblar: “İndi həkimlər göndərirlər”.

Qeyd edək ki, M. Mirəlioğlunun ailə üzvləri arasında da COVID-19-a yoluxanlar var.

.