Bu il müəllimlərin işə qəbulu müsabiqəsində vakant yerlərin sayı açıqlanıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli bildirib ki, təxminən 9000-dən artıq vakant yer namizədlərə təqdim olunacaq.
"Müəllimlərin işə qəbulu üzrə test imtahanını artıq beş ildir ki, həyata keçirirk. Bu beş ildə ən çox vakant yer bu il təklif olunur", - o qeyd edib.
Nurlan İsmayılbəyli deyib ki, sabahdan başlayan MİQ imtahanları üçün ilk sessiya üçün qeydiyyatdan 08:50-də başlayacaq 09:50-də isə başa çatacaq:
"Bundan sonra qeydiyyat dayanacaq və 10:00-da imtahan başlayacaq. İlk imtahan sessiyası riyaziyyat müəllimliyi üzrə olacaq və 4000-dən artıq namizəd iştirak edəcək. İkinci imtahan sessiyası fiziki tərbiyə, alman dili və fransız dili müəllimliyi üzrə olacaq. İmtahana qeydiyyat 13:50-dən 14:50-yə qədər davam edəcək, 15:00-da imtahan başlayacaq. İkinci imtahan sessiyasında da 4000-dən artıq namizəd iştirak edəcək".
Təhsil İnstitutu: MİQ-dən fərqli olaraq sertifikasiyada müəllimlər bir-biri ilə yarışmır
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov sertifikasiyadan fərqli olaraq müəllimlərin işə qəbulu müsabiqəsində səhv cavabın düz cavabı aparmağının səbəbini açıqlayıb.
Rüfət Əzizov deyib ki MİQ-lə sertifikasiya iki fərqli imtahandır:
“MİQ-də müəllimlər bir-biri ilə yarışırlar, bu, daha geniş şkalada yaxşılar içindən ən yaxşını seçmək üçün ədalətli qərardır. Sertifikasiyada isə müəllimlər bir-biri ilə yarışmır, onlar fənləri üzrə minimal tələbləri ödəmələdilər. Bu baxımdan sertifikasiyada daha geniş şkalanın olmasına ehtiyac yoxdur”.
.