Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apelyasiya müraciəti etmək imkanı yaradılacaq.

Təhsil Nazirliyindən verilən xəbərə görə, avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apelyasiya  müraciəti edə biləcəklər.

Yeni tədris ili başlamazdan öncə namizədlərin apelyasiya müraciətlərinə baxılacaq.

.