"Sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır".

Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. Onun sözlərinə görə, fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

"Bəzi fürsətcil insanlar tərəfindən araşdırma nəticələrini gözləmədən “imtahandan qabaq suallar paylaşılıb” iddiaları tamamilə əsassızdır, böhtandır və sübutsuz iftira kimi qiymətləndirilməkdədir.

Bu il imtahanlardan dərhal sonra sualların həllərinin açıqlanmasına başlanılıb. Bu bir daha imtahanların şəffaflığına və ədalətliliyinə olan əminliyimizin göstəricisidir".

.