Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirləri Şurasının iclası keçirilib.
İclasda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.
İclasda Rusiya müdafiə naziri Andrey Belausov MDB ölkələri Müdafiə Nazirləri Şurasının sədri seçilib.
O, Rusiyanın MDB-yə sədrliyi dövründə qarşısına qoyduğu prioritetləri açıqlayıb.
Nazir qeyd edib ki, Rusiya Federasiyası MDB-yə sədrliyi dövründə yeni və ənənəvi çağırışlara qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsini prioritet hesab edir.
"Rusiya nasizmin tərənnümü və tarixin saxtalaşdırılması ilə mübarizədə MDB ölkələrinin həmrəyliyini yüksək qiymətləndirir", - Belausov qeyd edib.
Qeyd edək ki, Ermənistan MDB müdafiə nazirləri şurasının iclasında iştirak etməyib.
.