"Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyası - İqor Popov, Fransa - Stefan Viskonti və Amerika Birləşmiş Ştatları - Endryu) Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun humanitar atəşkəslə bağlı birgə bəyanatını alqışlayır və tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır”.

Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib.

Qeyd edilib ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə cəsədlərin və əsirlərin geri qaytarılması üsulları və maddi-texniki məsələləri ilə bağlı intensiv müzakirələr aparır: “Biz tərəfləri təcili olaraq bütün lazımi təhlükəsizlik və lojistik təminatları təmin etməyə çağırırıq.

Həmsədrlər, atəşkəsin konkret parametrləri barədə razılığa gəlmək üçün göstərilən səylərə vasitəçilik etmək və razılaşdırılmış prinsiplər və format əsasında həll yoluna çatmaq üçün intensiv substantiv danışıqların aparılması üçün tərəflərlə fəal təmasdadır".

.