Minimum pensiya alanların artımlarını nə zaman alacaqlarına aydınlıq gətirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da məlumat verib.

O bildirib ki, minimum pensiyalarda artımla əlaqədar hazırlıq işləri başa çatdırılıb.

"Hesablamalar aparılıb. Qrafiklərə uyğun olaraq pensiyaların artımlarla birgə ödənilməsi həyata keçiriləcək" - deyə o qeyd edib.

Qeyd edək ki, fevralın 1-dən qanunvericiliyə dəyişiklik edilib və minimum pensiyanın məbləği 240 manatdan 280 manata çatdırılıb.

.