Mingəçevir şəhərində 35 yaşlı kişi bıçaqlanıb.

Hadisə bağlar massivində qeydə alınıb.

1986 təvəllüdlü Abbasov Firdovsi kəsilmiş deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov saytımıza açıqlamasında bildirib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firdovsi Abbasova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Elçin Tağıyev saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

.