Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.

Hadisə Aydın Məmmədov küçəsi 8/5 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb. Orada yaşayan, 1987-ci il təvəllüdlü Bayramzadə Əfsanə İlyas qızı hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

.