Dünyanın ən varlı insanı olan Bill Qeyts "Facebook" da gülüş hədəfi olub.

Öz "Facebook" hesabında paylaşdığı şəkil ilə Taylanddakı yoxsulluğa diqqət çəkmək istəyən milyarder səhvə yol verib.

Bill Qeytsin elektrik naqilləri ilə telefon naqillərini qarışıq salması müzakirələrə səbəb olub.

"Problemli infrastruktur səbəbiylə bir çox region tez-tez gözlənilməz və ya planlı elektrik fasilələri ilə qarşılaşır. Bu şəkildə gördüyünüz kimi qarışıq naqilləri olan çox bina gördüm. Həm də bir çox ölkədə. Amma bura Taylanddır. İnsanlar elektrik kəsilmələrində qeyri-qanuni yollarla evlərinə işıq çəkərək ehtiyaclarını təmin etməyə çalışarkən həyatlarını təhlükəyə atmış olurlar"- deyə milyareder paylaşdığı şəkilə şərh yazıb.

"Texnologiya dahisi hələ telefon naqili ilə elektrik naqilini ayıra bilmir"deyən sosial şəbəkə istifadəçiləri Taylandda elektrik sisteminin yetərincə təkminləşdirildiyini insanların elektrik əldə etmək üçün dirəklərə çıxmağdığını bildiriblər.

Anspress.com

 
.