Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllıda 2026-cı il 19 fevral tarixində seçicilərlə növbəti görüşünü keçirib.
Bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib.
Sonda İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra, günün ikinci yarısında deputat Novruzəli Aslanov şəhid Fərman Feyzullayevin dəfn mərasimində iştirak edib. Məlumat üçün bildirək ki, Feyzullayev Fərman Məhəmməd oğlu 20.04.1971-ci ildə İsmayıllı rayonun İstisu kəndində anadan olmuşdur. 1977-ci il İstisu kənd orta məktəbin birinci sinifinə getmiş 1987-ci ildə həmin məktəbi bitirmişdir. İlk hərbi xidmətini 1989-ci ildə sovet ordusu sıralarında keçmişdir.1992-ci ildən vətənmizin azadlığı, suverenliyi və müstəqilliyi uğrunda könülü olıaraq döyüşlərə qatılmışdır. 1993-1994-cü illərdə Kəlbəcər rayonu uğrunda döyüşlərdə işturak etmişdir. Axırıncı döyüşü 1994-cü il fevral ayının ortalarında 701 saylı hərbi hissənin tərkibində könüllülərdən ibarət qrupla dəniz səviyyəsindən 3600 metr yüksəklikdə aparılan Murovdağda (Ömər aşırımında) olmuşdur. Həmin döyüşdə şəhid olaraq itkin düşmüşdür. Şəhidin nəşi bu günlərdə tapılaraq İsmayıllıya gətirilmiş və burada torpağa tapşırılmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
