Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlərinin 180 375 536,0 manat, xərclərinin 180 375 536,0 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Qanun layihəsi deputatların müzakirəsindən sonra üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

.