Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.
"Report"un məlumatına görə, ölkə parlamenti Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.
Deputatlar onun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçiliyə sadiq şəxs olduğunu qeyd ediblər.
.
