“Azərbaycan dövlətindən başqa bizim, biz güneylilərin işlərinə heç bir dövlətin qarışmasını istəmirik”.

Bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.

Əhməd Obalı Prezident İlham Əliyevin çıxışları haqqında da danışıb: "Cənab Prezident İlham Əliyevin vaxtaşırı çıxışları, güneylilər barədə fikirləri bizi mənnun edir, sevindirir. Amma son çıxışı bizləri xüsusilə məmnun etdi. Onun hər çıxışından sonra biz qəti şəkildə bütöv Azərbaycan olacağımıza inanırıq. Çünki bu sözləri bütün dünya azərbaycanlılarının Prezidenti İlham Əliyev deyir. Hansı ki, dediyi bütün sözlər həllini tapır. İlham Əliyev bütün dünya azərbaycanlılarının prezidenti olduğunu sübut edib. O, Azərbaycan tarixində son 200 ildə tək dövlət başçısıdır ki, torpaq verməyib, torpaq alıb".

Milli fəal Zəngəzur koridoru məsələsinə də toxunub: "Zəngəzur koridoru açılsa belə, onun təhlükəsizliyi bizi narahat edir. Həqiqi təhlükəsizlik Güneyin müstəqilliyi, Güneyin bütöv Azərbaycan ətrafında birləşməsi zamanı olacaq. Həm güneydə, həm də quzeydə zehnimizdə Güney Azərbaycanın azadlığına inanmalı, fikir inqilabı etməli olduğumuzu düşünürəm".

“Fars dövlətinin kökü iki düşmən motivi üzərində qurulub: biri türk düşmənçiliyi, ikincisi isə ərəb”.

Bunu Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünazTV) rəhbəri Əhməd Obalı Mətbuat Şurasındakı görüşündə deyib.

Əhməd Obalı Güney Azərbaycandakı ana dili qadağası məsələsinə toxunub: "İndi İranda şiəçilik dövləti hökm sürür. Amma onlar həqiqi şiədirlərsə, İslama, onun peyğəmbərinə hörmət etməlidirlər. Bizim kimi ərəblərin də İranda ana dilində təhsili qadağan edilib. Əgər biz güneyliləri başqa bir dövlət istila etsəydi, ən azından, ana dilimizə toxunmazdılar. Amma İran toxunur, İran qadağan edir. Bu gedişlə 20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq. Bu dilin kökünü kəsmək deməkdir, bu, bizim faciəmizdir".

Milli fəal İran-Ermənistan məsələsini də vurğulayıb: "İran üçün dünyada bir qarış Azərbaycan torpağının belə müstəqilliyi qəbuledilməzdir. O səbəbdən, bizim düşmənlərimizə - ermənilərə mümkün yardımları edirlər".

.