Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasına (MŞ) yeni sədr təyin edilib.
Yenizaman Mərkəzə istinadən xəbər verir ki, bu, indiyə qədər sədr müavini olan Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimovadır.
O, yeni vəzifəsində İcbari Sığorta Bürosunun Audit komitəsinin sədri Elçin Əlizadəni əvəz edib.
MDM-in MŞ-nın keçmiş sədri bundan sonra qurumun İdarə Heyətinin (İH) sədri kimi fəaliyyət göstərəcək və yeni vəzifəsində Ağahüseyn Xudaverdiyevi əvəz edəcək. İH-nin keçmiş sədri isə MDM-in MŞ-nın sədr müavini təyin edilib.
.
