Millətlər Liqasının final oyunları Niderlandda keçiriləcək.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.

Mini-turnirdə “A” Liqası qruplarının qalibləri iştirak edəcəklər.

“UEFA İcraiyyə Komitəsi Niderlandın ilk dəfə UEFA Millətlər Liqasının finalına ev sahibliyi etmək şərəfinə nail olduğunu elan edir. Rotterdam və Ensxede şəhərləri Niderland Kral Futbol Assosiasiyası tərəfindən final oyunlarına ev sahibliyi etmək üçün seçilib”, - deyə UEFA-nın rəsmi məlumatında qeyd edilib.

Bildirilir ki, yarımfinal oyunları 2023-cü il iyunun 14 və 15-də, üçüncü yer uğrunda görüş və final isə 2023-cü il iyunun 18-də keçiriləcək.

“Yarımfinal cütlərinin püşkatma mərasimi 2023-cü ilin yanvarında Nyonda keçiriləcək, dəqiq tarix və vaxt müəyyənləşəcək. Finalda Niderland, Xorvatiya, İtaliya və İspaniya komandaları çıxış edəcəklər”, - deyə məlumatda əlavə edilib.

 

.