YAP-çı deputat Anar Məmmədov şəhid ailələri tərəfindən ona yönləndirilən  həlli vacib və mümkün olan problemlərin dərhal araşdırılaraq qısa zamanda  həll edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Belə ki, bir müddət bundan öncə Goranboy rayonu Yəhərçi Qazaxlar kəndində seçiciləri ilə görüşü zamanı şəhid ailələri tərəfindən  içməli su və torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı millət vəkilinə müraciət edilmişdir. Millət vəkili ona ünvanlanan müraciəti nəzərdə saxlayaraq, 150-yə yaxın ailənin, həmçinin şəhid ailələrinin içməli su və həyətyanı torpaq sahələrinin suvarılması üçün 30 tonluq su çəninin kənd sakinlərinin istifadəsinə verilməsinə köməklik göstərmişdir. 
Tədbirdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

.